Bank Of Baku

BDU-nun rektoru İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

BDU-nun rektoru İsrailin Azərbaycandakı səfiri ilə görüşüb
# 11 iyun 2013 12:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz və səfirin müavini Ronen Krauz ilə görüşüb. BDU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə İsrail universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Tələbə və müəllim mübadiləsindən danışan rektor A. Məhərrəmovun sözlərinə görə, universitet 60-70% elm, 30-40% tədris proqramlarını əhatə edən 90 beynəlxalq proqram və qrant üzərində işləyir. 1993-ci ildən şərqşünaslıq fakültəsində İbri dili şöbəsinin açıldığını bildirən fakültə dekanı, dosent Elxan Əzizov qeyd edib ki, hazırda bu dil üzrə fakültədə 30 bakalavr və 2 magistr təhsil alır.

 

Səfir Rafael Harpaz öz növbəsində şərqşünaslıq fakültəsində fəaliyyət göstərən İbri dili mərkəzi üçün yaradılmış şəraitə görə rektora minnətdarlığını bildirib. Səfir həmin mərkəzin daha da təkmilləşdirilməsi üçün quruma əlavə mütəxəssislərin cəlb olunmasını, mühazirə və seminarların təşkilini təklif edib. Görüşdə təhsil ilə istehsalat arasında əlaqə qurmaq məsələləri də müzakirə olunub. Sonra qonaqlar laboratoriya və mərkəzlərlə tanış olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR