Bank Of Baku

Bəhram Xəlilov: ““Azərbaycanda Dövlət Qulluğu İslahatları üzrə Strategiya” layihəsi gələn il prezidentə təqdim olunacaq”

Bəhram Xəlilov: ““Azərbaycanda Dövlət Qulluğu İslahatları üzrə Strategiya” layihəsi gələn il prezidentə təqdim olunacaq”
# 20 iyun 2013 09:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda dövlət qulluğu sahəsində mühüm islahatlar aparılır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr Bəhram Xəlilov “Dövlət qulluğunun aktual problemləri” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışında deyib. O bildirib ki, hazırda “Azərbaycanda Dövlət Qulluğu İslahatları üzrə Strategiya”sı hazırlanır: “Yəqin ki, gələn il biz bu strategiya layihəsi tamamlayıb prezidentə təqdim edəcəyik. “Azərbaycanda Dövlət Qulluğu İslahatları üzrə Strategiya”da normativ hüquqi çərçivə, mərkəzi idarəetmə potensialı və koordinasiya öhdəlikləri, istedadlı şəxslərin işə qəbulu, əmək haqqı siyasəti, təlim və inkişaf, dövlət qulluğunun bütövlüyü və s. kimi məsələlər öz əksini tapıb. Bu strategiyada dövlət qulluğu sahəsində mövcud olan məsələlərin, problemlərin hamısı öz əksini tapacaq. Dövlət başçısı tərəfindən həmişə dəstək görmüşük. Bu sahə ilə bağlı bir sıra normativlər və qanunlar prezident tərəfindən təsdiq olunub. Bu bir daha göstərir ki, ölkə rəhbərliyi bu sahəyə böyük diqqət yetirir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR