Bank Of Baku

Beynəlxalq Yer günü ilə əlaqədar Bakıda və regionlarda iməciliklər keçiriləcək

Beynəlxalq Yer günü ilə əlaqədar Bakıda və regionlarda iməciliklər keçiriləcək
# 16 aprel 2013 10:54 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən (ETSN) 22 aprel - Beynəlxalq Yer günü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, hər il Beynəlxalq Yer günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. Bu il də paytaxtda və regionlarda ictimaiyyətlə birgə iməciliklər keçirilərək yaşıllıqlara qulluq edilir, təmizlik işləri aparılır, təhsil müəssisələrində məktəbli və tələbələrlə ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminar məşğələlər, mətbuatda çıxışlar təşkil edilir.

 

Qeyd edək ki, Beynəlxalq Yer Gününün keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir. Həmin vaxt ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlayıb. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb. Tədricən bu bayram beynəlxalq xarakter alaraq 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR