Bank Of Baku

Birinci Azərbaycan-Fransa Universitetlər Forumu keçiriləcək

Birinci Azərbaycan-Fransa Universitetlər Forumu keçiriləcək
# 12 iyun 2013 10:23 (UTC +04:00)

Bakı – APA. İyunun 14-də Azərbaycan Diplomatik Akademiyasında Fransanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil edilən “Birinci Azərbaycan - Fransa Universitetlər Forumu” keçiriləcək. ADA-dan APA-ya verilən xəbərə görə, forum zamanı Azərbaycanın və Fransanın ali təhsil sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın gücləndirilməsi yolları müzakirə ediləcək, Fransanın aparıcı universitetləri barədə təqdimatlar olacaq,  eləcə də azərbaycanlı tələbələrə Fransada təhsil imkanları, Azərbaycan və Fransa hökumətləri tərəfindən təsis edilən müxtəlif  təqaüdlər və onların alınması barədə ətraflı məlumat veriləcək.  Bununla yanaşı, Fransada təhsil alıb qayıdan azərbaycanlı məzunlar öz təəssüratları ilə bölüşəcəklər.

 

Forumu ADA-nın rektoru, səfir Hafiz Paşayev,  Təhsil Nazirliyi aparatının rəhbəri Ceyhun Bayramov,  Fransanın Azərbaycandakı səfiri Paskal  Mönye   açacaqlar.

 

Toplantının saat 15:00-dən başlayan hissəsi ictimaiyyət üçün açıqdır. Azərbaycanın  müxtəlif təhsil ocaqlarının tələbələri Fransada təhsil imkanları barədə öyrənmək üçün tələbə biletlərini təqdim edərək müzakirələrə qatıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR