Bakı. Rəşad Süleymanov – APA. BMT-nin baş katibi Ban Ki Mun 23 iyun - BMT Dövlət Qulluğu Günü münasibəti ilə müraciət ünvanlayıb. BMT-nin Azərbaycandakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə ölkələr dövlət qulluqçularının ictimaiyyətin inkişafına verdikləri töhfələri qeyd etməyə çağırılır.
«Artıq uzun zamandır ki, BMT düzgün idarəetmə və effektiv dövlət idarəçiliyinin vacibliyini qeyd edib və tanıyıb. Hazırda 2015-ci ildən sonrakı gündəliyi müəyyən etmək üçün davam edən qlobal məsləhətləşmələr də onların bütün inkişafın mərkəzində durduğunu bir daha təsdiq edir», - deyə müraciətdə vurğulanır.
Müraciətdə həmçinin qeyd olunur ki, 2013-cü il BMT Dövlət Qulluğu Mükafatları dövlət qulluğunun daha effektiv, innovativ və bərabərlik prinsipi ilə yerinə yetirilə biləcəyini göstərir.