Bank Of Baku

BMT nümayəndəsi: “Azərbaycan 2015-ci ildən sonrakı dövr üçün öz qarşısına iki əsas məqsəd qoyub”

BMT nümayəndəsi: “Azərbaycan 2015-ci ildən sonrakı dövr üçün öz qarşısına iki əsas məqsəd qoyub”
# 21 iyun 2013 13:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycan 2015-ci ildən sonrakı dövr üçün öz qarşısına iki əsas məqsəd qoyub: birincisi, 2030-cu ilə qədər uzunmüddətli inkişafa töhfə vermək, ikincisi isə Azərbaycanda davamlı inkişafın təmin edilməsinə töhfə verməkdir”.

 

APA-nın məlumatına görə, bu sözləri 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə milli məsləhətləşmələrə həsr olunmuş konfransda BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk deyib. O bildirib ki, son 3 ay ərzində Azərbaycandakı BMT strukturları hökumətlə, milli tərəfdaşlarla, beynəlxalq inkişaf tərəfdaşları ilə və digər maraqlı dairələrlə birləşərək müxtəlif insanlarla milli məsləhətləşmələri geniş şəkildə aparıb: “Dünyanın gələcək inkişafı ilə bağlı onlar öz fikirlərini söyləyiblər. İntensiv məsləhətləşmələr bütün sektorların nümayəndələrini, beyin mərkəzlərini, özəl sektoru, xüsusən də zəif təbəqələri, gəncləri, qadınları, uşaqları, əlilləri, qaçqınları bir araya gətirib, inkişaf məsələləri müzakirə edilib”.

 

Onun sözlərinə görə, bu gün keçirilən konfransda siyasətçilər üçün qlobal milli prioritetlər təklif olunacaq və Azərbaycanın 2015-ci ildən sonrakı inkişaf meylləri nəzərdən keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR