Bank Of Baku

Bu ay Azərbaycanda həkimlərin işə qəbulu üzrə növbəti imtahan keçiriləcək

Bu ay Azərbaycanda həkimlərin işə qəbulu üzrə növbəti imtahan keçiriləcək
# 11 iyun 2013 09:45 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 17-dən başlanan sənəd qəbulu bir ay ərzində davam edir. Bu müddət ərzində həkimlərin sənəd qəbulu 2000-ə yaxın vakant yer üzrə aparılır. Artıq bu günə kimi imtahanda iştirak etmək üçün kifayət qədər müraciətlər daxil olub. Nazirliyin tabeliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üçün növbəti imtahan isə iyunun sonlarında keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycanda həkimlərin işə qəbulu üzrə müsabiqə iki mərhələdə (test imtahanı və müsahibə) keçirilir. İlk mərkəzləşdirilmiş imtahan martın 28-də, ikinci imtahan isə aprelin 2-də keçirilib. Həkimlərin işə qəbulu üzrə ilk müsabiqədən 34 nəfər uğurla keçib. Onların 10-u Bakıdakı, 24-ü isə rayonlardakı səhiyyə müəssisələrində vakant yerlərə işə qəbul olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR