Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycan və Bakı şəhərinin bəzi rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-in «Azəriqaz» İB-dən məlumat verilib.
«Azəriqaz»dan bildirilib ki, bu gün saat 12:00-dək Yevlax və Qəbələ rayonlarının bir hissəsinə, saat 18:00-dək Xaçmaz şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 11:00-dan 16:00-dək Pirallahı rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Goranboy rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Balakən rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Məlumata görə, təbii qazın verilişində məhdudiyyət təmir işləri ilə əlaqədar həyata keçirilir.