Bank Of Baku

Bu gün Yer yaxınlığından keçəcək asteroidin Yerə hansısa təsiri olmayacaq

Bu gün Yer yaxınlığından keçəcək asteroidin Yerə hansısa təsiri olmayacaq
# 09 yanvar 2013 10:16 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. “Bu gün Yerdən təqribən 15 milyon kilometr məsafədə keçəcək “Apofis" asteroidinin Yerə hansısa təsiri olmayacaq”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətayi bildirib.

 

Onun sözlərinə görə, ölçüsü 300 metr olan asteroid qara rəngli, dəmir və digər metalların qarışığından ibarətdir: “15 milyon kilometr məsafədən ölçüsü 300 metr olan asteroidin Yerə hər hansı təhlükəsi yoxdur. Asteroidin Yerə düşmək ehtimalı çox azdır. Amma ikinci dəfə həmin asteroid 2029-cu ilin aprelində Yer yaxınlığından keçəcək. Hesablamalara görə, o zaman həmin asteroid Yerin cəmi 36 min kilometr yaxınlığından keçəcək. Bu isə təhlükəlidir. Bir sıra dövlətlərin alimləri belə hesab edirlər ki, asteroidə kosmik raket göndərməklə həm bu asteroidin kütləsini dəqiqləşdirmək, həm də onu öz orbitindən azacıq meyl etdirmək olar.  Belə olan halda asteroid Yerdən yenə də uzaq məsafədə çıxıb gedəcək. Digər tərəfdən həmin vaxt asteroid müxtəlif planetlərin qarşılıqlı təsirinə məruz qalacaq. Çox güman ki, bunun nəticəsində onun Yerə təsiri o qədər də olmayacaq. 2036-cı ildə isə həmin asteroid yenidən Yerin 15 milyon kilometr məsafəsindən keçəcək. Əgər 2029-cu ildə həmin asteroidə təsir olunsa, o daha uzaq məsafədən keçərək ümumiyyətlə, çıxıb gedəcək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR