Bank Of Baku

Bu ilin 6 ayı ərzində 1248 nəfər iş yerləri ilə təmin olunub

Bu ilin 6 ayı ərzində 1248 nəfər iş yerləri ilə təmin olunub
# 03 iyul 2013 16:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin, onların münasib işlə təminatının gücləndirilməsi məqsədilə bu ilin yanvar-iyun aylarında respublikanın 12 şəhər və rayonunda əmək yarmarkaları keçirilib.

 

ƏƏSMN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əmək yarmarkalarında 189-u özəl sektora aid ümumilikdə 402 müəssisə tərəfindən 3313 boş iş yeri təqdim edilib.

 

Bu aktiv məşğulluq tədbirlərində 1248 nəfər vətəndaşa boş iş yerlərinə, həmçinin 20 nəfərə kvota üzrə iş yerlərinə göndəriş verilib, 124 nəfər vətəndaş müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 53 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

 

Qeyd olunan dövrdə Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində yerləşən ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərdə 231 müəssisə üzrə 2360 boş iş yeri təqdim olunub. 397 nəfər məzun və tələbəyə boş iş yerlərinə göndəriş verilməklə, 61 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata alınıb, işəgötürənlər tərəfindən 1303 nəfər tələbə və məzun barədə şəxsi məlumatlar qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR