DİN-dən APA-ya verilən məlumata görə, həmin uşaqların çoxu ailə və pedaqoji mühitindən kənarda qalan, məşğulluğu olmayan, qeyri-qanuni əməklə məşğul olan uşaqlardır. Sözügedən uşaqlarla bağlı toplanmış materiallar yerli komissiyalara təqdim olunub. 298 uşaq isə valideynləri tərəfindən dilənçiliyə sövq edilib. Dilənçiliyə cəlb edilən uşaqların valideynlərindən 100 nəfəri İnzibati Xətalar Məcəlləsinin 307.1 maddəsi ilə (Avaralıqla məşğul olma) barələrində protokol tərtib edilib və məhkəməyə göndərilib.
Məhkəmə tərəfindən onlardan 91-nə məktubla xəbərdarlıq edilib, 2-si isə inzibati həbs edilib. Nazirlikdən bildirilib ki, dilənçiliyə sövq edilən uşaqların çoxu Yevlax şəhərində yaşayır. Valideynlərinin də çoxunun iş yeri yoxdur.
Təhlil və müşahidələrə görə, aşkar edilən küçə uşaqlarının 60-65 faizi məktəbəqədər, 30-35 faiz isə 8-14 yaşlarında olan uşaqlardır. Onların əksər qismini azyaşlı qızlar təşkil edir.