Bank Of Baku

Bu ilin iki ayında 4152 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib

Bu ilin iki ayında 4152 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib
# 14 mart 2013 14:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən həyata keçirilən tədbirlər 2013-cü ilin yanvar-fevral aylarında da davam etdirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, qeyd olunan müddətdə Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çox, yəni 4152 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib. Bu müddətdə 88 nəfər haqqı ödənilən ictimai işlərə, 379 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına, 23006 nəfər isə peşəyönümü məsləhətlərə cəlb olunub.

 

Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 617 nəfər işsiz vətəndaş, o cümlədən 372 nəfər qadın, 343 nəfər gənc, 16 nəfər qaçqın və məcburi köçkün, 7 nəfər əlil müvəqqəti xarakterli işlərə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR