Bank Of Baku

Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb
# 17 dekabr 2012 09:04 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-170, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-120, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, dekabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 141 m3/s, ongünlük normanın 90 faizini təşkil edir. Dekabrın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir.

 

Dekabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Salyanda 6 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 1 sm, Bankədə isə suyun səviyyəsində 10 sm azalma müşahidə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR