Bank Of Baku

Çaylarda və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Çaylarda və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 21 aprel 2014 11:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 20-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, aprelin 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 370 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 426 m3/s və ongünlük normanın 60 faizini təşkil edib. 


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 104 m3/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 146 m3/s təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.
 

Aprelin 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 6 sm azalma, Bankədə 3 sm artım qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.
 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 312 sm, Şirvanda 153 sm, Salyanda 84 sm, Bankədə 194 sm, Araz çayının Novruzlu məntəqəsində isə 38 sm təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR