Bank Of Baku

Çin hökuməti Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edib

Çin hökuməti Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edib
# 10 mart 2014 09:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişi əsasında Çin hökuməti 2014-2015-ci tədris ili üzrə Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edib.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Hazırda Çin ali məktəblərində 26 nəfər Azərbaycan vətəndaşı biznes, iqtisadiyyat, turizm, tibb və digər ixtisaslar üzrə təhsil alır. Universitetlərdə tədris Çin dilində olduğuna görə təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanacaq tələbələr bir il çin dili üzrə hazırlıq kursu keçməlidir.

 

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşlarından martın 27-dək tələb olunan sənədlərin surətini (skan) elektron poçtla [email protected] ünvanına göndərmələri xahiş olunur. Tələb olunan sənədləri göndərən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Müsahibə aprelin 2-4-də Təhsil Nazirliyində keçiriləcək.

 

Tələbələr üçün nəzərdə tutulmuş təqaüdə əsasən təhsil haqqı, ali məktəbdə qeydiyyat, laboratoriya, təcrübə (internship), yataqxana, aylıq yaşayış xərcləri, tədris materialları ilə bağlı məsrəflər daxildir. Pekindən təhsil yerinə bilet Çin hökuməti tərəfindən ödənilir. Azərbaycan Təhsil Nazirliyi tərəfindən isə aviabilet (hər tədris ilində yalnız bir dəfə - gediş-gəliş bileti) ödənilir.

 

Qeyd edək ki, «Çin hökuməti təqaüdləri çərçivəsində Çində təhsil proqramı-2014» qaydalarına əsasən, bakalavr, magistratura və doktorantura səviyyələri üzrə müraciət edənlər üçün yaş məhdudiyyəti müvafiq olaraq 25, 35 və 40 yaş müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR