Bank Of Baku

Daxili işlər naziri Ramil Usubov Şirvanda vətəndaşlarla regional görüş keçirib

Daxili işlər naziri Ramil Usubov Şirvanda vətəndaşlarla regional görüş keçirib
# 22 iyun 2013 12:33 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Şirvan şəhərində vətəndaşlarla regional görüş keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Şirvan şəhəri, habelə Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Saatlı rayonlarında yaşayan sakinlərin, eyni zamanda, Cəbrayıl və Zəngilandan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir müraciətlərin operativ şəkildə həlli üçün qəbulda iştirak edən Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər nazirinin qəbul etdiyi 30 nəfər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti elə görüş zamanı həllini tapıb. Polis fəaliyyətinə aid olmayan digər ərizələrin aidiyyəti üzrə göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun baxılacağı diqqətə çatdırılıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR