Bakı. Kəmalə Quliyeva – APA. “Dəniz suyunun duzsuzlaşdırılması zavodu hazırda test rejimində işləyir. Zavod ən müasir standartlara cavab verir”.
APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Onun sözlərinə görə, zavodda suvarma üçün istifadə olunan suyun təmizlənməsi prosesi aparılıb: “Suyun bir hissəsini içmək üçün verməyə hazırlaşırıq. Dəniz suyundakı minerallar tam götürülür, avtomatik olaraq bu suya insan orqanizmi üçün lazım olan minerallar əlavə edilir. Çox yüksək keyfiyyətli su əldə olunur. Zavod test rejimində gündə 4-5 saat işləyir. Hələlik zavodun işi ilə bağlı hər hansı problem ortaya çıxmayıb”.