DƏ-İKGF-dən APA-ya verilən məlumata görə, 10 iyul – 10 avqust 2013-cü il tarixlərində Azərbaycanda baş tutacaq bu xeyriyyə aksiyasından əldə olunan vəsaitlə Tanzaniya kimi susuzluq probleminin ən ağır olduğu bölgələrdə su quyularının qazılması planlaşdırılır. Sözügedən Afrika ölkəsinin üçdə biri quraqlıq zonalarından ibarət olduğundan, əhalinin böyük bir qismi içməli, eləcə də başqa ehtiyaclar üçün lazım olan sudan məhrumdurlar. Hətta insanların bir çoxunun istifadə etdiyi suya zəhərli toksik maddələrin yığışdığı kanalizasiya suları da qatıldığından bu, xolera və malyariya kimi kütləvi xəstəliklərə səbəb olur.
Kampaniyanın əsas məqsədi bir ay ərzində yığılacaq maliyyə vəsaiti hesabına Afrika ölkələrində yeni su quyularının qazılmasına dəstək verməkdir. Onu da qeyd edək ki, DƏ-İKGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçirilən kampaniyanın birinci mərhələsi 2011-ci ilin Ramazan ayında baş tutub. “Somaliyə yardım əlini uzat!” şüarı ilə keçirilən bu humanitar kampaniya çərçivəsində kütləvi aclıq çəkən 1200 ailə üçün 80 min dollardan çox maliyyə vəsaiti toplanmış və bu yardım öz hesabına Somaliyə gedən könüllülər tərəfindən 5000-dən artıq insana ərzaq şəklində paylanıb.
İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi Afrikadakı uşaqlara yardım etmək istəyənləri Ramazan ayı ərzində (iyul ayının 10-dan avqust ayının 10-na kimi) öz ianəsini kampaniyanın hesabına keçirməyə dəvət edir. Yardım etmək istəyənlər vəsaitləri İKGF-nin:
DƏ-İKGF Avrasiya Üzrə Regional Mərkəz
Azərbaycan Beynəlxalq Bankı Səbail filialı
HESAB No: AZ95IBAZ39070029442412143209 AZN
MÜXBİR HESAB: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. KOD: IBAZAZ2X
KOD: 805551
VÖEN: 9900001881
saylı bank hesabına köçürə bilərlər.