Bank Of Baku

DMX rəisi Firudin Nəbiyev Banqladeşin xarici işlər nazirini qəbul edib

DMX rəisi Firudin Nəbiyev Banqladeşin xarici işlər nazirini qəbul edib
# 10 iyun 2013 15:20 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Banqladeş Xalq Respublikasının xarici işlər naziri, xanım Dipu Moninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın DMX-nin rəsmi internet saytına istinadən verdiyi məlumata görə,  görüşdə F. Nəbiyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməlləri, bu təcavüz nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcbur köçkün vəziyyətinə düşməsi haqda danışıb.

 

F. Nəbiyev müstəqil Azərbaycanın gənc qurumu olan DMX-nin ötən müddət ərzində sürətli inkişaf yolu keçdiyini qonaqların diqqətinə çatdırıb.

 

Dipu Moni isə görüşdəki çıxışı zamanı Banqladeş Xalq Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Xocalı soyqırımı məsələsində Azərbaycanın mövqeyini  dəstəklədiyini bildirib. O, Azərbaycanla Banqladeş arasında siyasi sahədə əlaqələrin yüksək, digər sahələrdə isə nisbətən zəif olduğunu vurğulayıb.

 

D. Moni gələcədə iki ölkə arasında bir çox sahələrdə olduğu kimi miqrasiya sahəsində də əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

 

Həmçinin görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.

  

Sonda qonaqlar Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olub, xanım Dipu Moni xatirə kitabına ürək sözlərini yazıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR