Bank Of Baku

Dövlət Gömrük Komitəsi Bakıda abadlıq və yaşıllaşdırma işləri aparıb - FOTO

Dövlət Gömrük Komitəsi Bakıda abadlıq və yaşıllaşdırma işləri aparıb - <span style="color: red;">FOTO
# 13 aprel 2013 12:18 (UTC +04:00)

Bakı – APA. Dövlət Gömrük Komitəsinin kollektivi Heydər Əliyev və Zərifə xanım Əliyevanın 90 illik yubileyləri ərəfəsində bir sıra abadlıq və yaşıllaşdırma işləri həyata keçirib.

 

Komitədən APA-ya verilən məlumata görə, aprelin 13-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi, eləcə də mərkəzi aparatın və yerli strukturların əməkdaşları Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, Komitənin Kinoloji Mərkəzi və «Azərterminalkompleks»” Birliyinin qarşısındakı boş ərazilərdə abadlıq və təmizlik işləri aparıb, 500-dən çox şam ağacları və dekorativ ağaclar əkib, həmçinin əvvəllər bu ərazilərdə əkilən ağaclara qulluq göstəriblər.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin tabeliyində olan bütün strukturlarda bu münasibətlə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, xeyli sayda meyvə və dekorativ ağaclar əkilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR