Bank Of Baku

Dövlət Kino-Foto Sənədləri Arxivinə “Azərenerji” ASC-dən foto-sənədlər daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə “Azərenerji” ASC-dən foto-sənədlər daxil olub
# 05 aprel 2013 07:54 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinə “Azərenerji” ASC tərəfindən daimi saxlanılmaq məqsədi ilə 54 saxlama vahidi foto-sənədlər daxil olub.

 

Arxivdən APA-ya verilən məlumata görə, foto sənədlər elektrik enerjisi sisteminin gücünün artırılması və dayanıqlığının möhkəmləndirilməsi məqsədi ilə 2005-2012-ci illərdə dövlət sifarişi  ilə tikilən və istafadəyə verilən layihələrin əsas görüntülərini əks etdirir. 2005-2012-ci illərdə “Astara” ES, ”Şəki” ES, ”Xaçmaz” ES, ”Naxçıvan”ES, ”Bakı”ES, ”Səngəçal” ES, ”Sumqayıt”ES,  ”Şahdağ”ES, ”Fizuli”ES, ”Qusar”ES və 110 kv-lık Zaza, 220 kv-lik Salyan, 500 kv-lik Samux yarımstansiyalarının fotosənədləri hal-hazırda Milli Arxiv Fonduna qəbul üçün  rəsmiləşdirilir, fotoların məzmununun qısa açıqlanması hazırlanır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR