Bank Of Baku

DSMF-də qeydiyyatda olan sığortaolunanların sayı 15,2% artıb

DSMF-də qeydiyyatda olan sığortaolunanların sayı 15,2% artıb
# 09 yanvar 2013 10:32 (UTC +04:00)

Bakı – APA-Economics. Son bir ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 15,2% artıb.

 

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, 2012-ci il ərzində DSMF tərəfindən əlavə olaraq 299 220 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə 2013-cü il yanvarın 1-i tarixinə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 266 074 nəfərə yüksəlib.

 

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 57,1%-i kişi, 42,9%-i isə qadındır.

 

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,8%-ni 30 yaşa kimi vətəndaşlar, 23,5%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 23,1%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 21,3% 50-60 yaş aralığında olan vətəndaşlar, 10,3%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

 

Hazırda “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsinin daha da genişləndirilməsi tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR