Bank Of Baku

DSX rəisi Elçin Quliyev şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək

DSX rəisi Elçin Quliyev şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək
# 14 iyun 2013 11:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, komandanın sakinlərlə görüşü iyunun 20-də saat 11:00 da Zaqatala Sərhəd Dəstəsində baş tutacaq. Qəbulda Zaqatala, Qax, Şəki, Balakən rayon sakinləri iştirak edəcək.

 

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyun ayının 18-dək  Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

 

Qeydiyyat üçün 012 498-01-55 və 012 498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Zaqatala şəhərində yerləşən Zaqatala Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR