Bakı. Rəşad Süleymanov – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev tərəfindən Xudatda vətəndaşların qəbulu həyata keçiriləcək. Bu barədə APA-ya DSX-dən məlumat verilib.
İyulun 18-də saat 10:00-da Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsində keçiriləcək qəbulda Xaçmaz, Xudat, Qusar və Şabran rayon sakinləri iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az saytında yerləşdirə bilərlər. Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.