Bank Of Baku

Dünya elminin əfsanəsi Svaminathan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasına üzv seçilib

Dünya elminin əfsanəsi Svaminathan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasına üzv seçilib
# 30 mart 2013 07:21 (UTC +04:00)

Bakı-APA. Dünya elminin əfsanəsi olan Mankombu Sambasivan Svaminathan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri olan cənab İsmayıl Seragəldin və Prezident Vaira Vike-Freiberganın dəvətini qəbul edərək Qəyyumlar Şurasına qoşulmaqdan qurur duyduqunu bildirib. APA-nın məlumatına görə, Times jurnalının verdiyasına əsasən, 20-ci əsrin 20 ən nüfuzlu simasından biri olan Svaminathan Yaşıl İqtisadi İnqilabın atası sayılır.  BMT-nin sabiq Baş Katibi Javier Perez de Cuelllar - 1970-ci ildə Nobel mükafatı, sonradan dünyanın ilk Ümumdünya Ərzaq Mükafatını alan Svaminathanı yaşayan canlı əfsanə adlandıraraq bildirib ki, dünya kənd təsərrüfatı elminin gələcək inkişafı məhz onun nəzəriyyələrinin üzərində qurulacaq. BMT-nin Ətraf Mühit Proqramı tərəfindən Ekoloji İqtisadiyyatın banisi kimi təqdim olunur.


Hindistanın milli sərvəti, Qandidən sonra ən nüfuzlu siması sayılan cənab Svaminathan Ford Fonduna, Rotşild Fonduna, İsgəndəriyyə Kitabxanası Şurasına müxtəlif vaxtlarda rəhbərlik edib və dünyanın 200-dən çox ali təhsil müəssisəsi tərəfindən fəxri Doktor ünvanına layiq görülüb, 40-dan çox Elmlər Akademiyasının fəxri üzvü seçilib.


Cənab Svaminathan Nizami Gəncəvi kimi dahi şəxsin adını daşıyan mərkəzə qoşularaq, mədəniyyətinə və tarixinə daim maraq göstərdiyi Azərbaycana gəlmək imkanının olmasını yüksək qiymətləndirdiyini və keçmişlə bu günü birləşdirən bir ölkəyə dostları Federiko Mayor Zaragoza (YUNESKO-nun sabiq rəhbəri), İsmail Serageldin (İsgəndəriyyə Kitabxanasının direktoru) lə birgə Nizaminin irsinin gələcək nəsillərə çatdırılmasında birgə çalışacağından qürur duyduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR