Ekologiya və təbii sərvətlər naziri Qaxda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Qaxda vətəndaşları qəbul edib
# 24 iyun 2016 10:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qax, Zaqatala, Balakən və Şəki rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul zamanı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR