Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquq-mühafizə orqanlarına tədbir görülməsi üçün 8 iş göndərib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquq-mühafizə orqanlarına tədbir görülməsi üçün 8 iş göndərib
# 10 yanvar 2013 08:48 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-31 dekabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

 

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 75 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 18 müddətli məcburi göstəriş verilib.


Ümumilikdə 52 iş üzrə 217 100 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 10 iş üzrə 9 323.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 133 iş üzrə 18 896.46 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qruplarına 39 iş göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR