Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava haqqında operativ məlumat yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava haqqında operativ məlumat yayıb
# 03 iyul 2013 11:15 (UTC +04:00)

ETSN-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, iyulun 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli (Oğuzda güclü) olub, bəzi dağlıq rayonlarda dolu düşüb.

 

Düşən yağıntının miqdarı Oğuzda 75.0 mm (aylıq normanın 110 faizi), Gədəbəydə 22.0 mm, Şəkidə 14.0 mm, Daşkəsəndə 11.0 mm, Qəbələdə 10.0 mm təşkil edib, digər rayonlarda isə 0.4-8.0 mm olub.

 

Şimal-qərb küləyinin sürəti Naftalan, Neftçala, Tovuz, Ağstafa, Biləsuvar, Ceyrançöl, Şəmkir, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-20 m/s təşkil edib, arabir 25 m/s-dək güclənib, Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.

 

Respublikanın rayonlarında qeyri-sabit hava şəraiti iyulun 5-i gündüzədək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR