Bank Of Baku

Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən komissiyanın iclası keçirilib

Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən komissiyanın iclası keçirilib
# 03 aprel 2013 14:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən komissiyası bu günlərdə növbəti iclasını keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda 33 nəfər vətəndaşın müraciətinə baxılıb. Həmin vətəndaşlardan 12 nəfərinin respublikadan kənarda müalicəsinə köməklik məqsədilə yol xərclərinin ödənilməsi, 1 nəfərin respublika daxilində müalicəsi ilə bağlı məsələlərin həll edilməsi barədə qərar qəbul olunub. Qalan 20 nəfərin ayrı-ayrı sosial-məişət problemlərinin həll edilməsi qərara alınıb.

 

Məlumat üçün bildirək ki, ötən il 53 nəfərin ölkə daxilində, 25 nəfərin xarici ölkələrdə müalicəsinə maddi köməklik göstərilməsi, əlamətdar günlər və ildönümlərlə bağlı olaraq ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar verilməsi, penitensiar müəssisələrdən azadlığa çıxmış 3422 nəfərə maddi və sosial yardımlar, 47 nəfər insan alveri qurbanına, 50 nəfər potensial insan alveri qurbanına tibbi, psixoloji, maddi və digər yardımlar göstərilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR