Bakı. Könül Kamilqızı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin və bədii yaradıcılıq nümunələrinin nümayişi təşkil olunacaq. APA-nın xəbərinə görə, tədbir Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 3-4-də keçiriləcək. Tədbir çərçivəsində Heydər Əliyevin əlilliyi olan şəxslərə qayğısını, əlillərlə bağlı keçirilən tədbirlərdə iştirakını əks etdirən film və fotostend təqdim olunacaq.