Bank Of Baku

Elmin İnkişafı Fondu 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsini elan edib

Elmin İnkişafı Fondu 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsini elan edib
# 08 yanvar 2013 09:35 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu xaricdә elmi tәdbirlәrdә vә qısamüddәtli tәcrübәkeçmәdә iştirakı әhatә edәn xüsusi layihәlәrin maliyyәlәşdirilmәsi mәqsәdilә qrantların verilmәsi üzrә 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqəsini elan edib.

 

Fondun icraçı direksiyasından APA-ya verilən məlumata görə, müsabiqənin elan edilməsində əsas məqsəd Azәrbaycanda tәbiәt, dәqiq, texniki, humanitar vә ictimai elmlәr sahәsindә elmi-tәdqiqat işlәri ilә mәşğul olan alimlәrin elmi fәaliyyәtini stimullaşdırmaq vә onlara xaricdә elmi tәdbirlәrdә vә qısamüddәtli tәcrübәkeçmәdә iştirak, Azәrbaycanda alınmış elmi nәticәlәrin tanıdılması, tәcrübә mübadilәsi vә yeni әlaqәlәrin qurulması üçün imkan yaratmaqdır.

 

Müsabiqə çərçivəsində kiçik (10 000 manatadәk) maliyyә hәcmli qrantların verilmәsi yolu ilә XETİ (Azәrbaycandan olan alim vә mütәxәssislәrin xaricdә keçirilәn nüfuzlu regional vә beynәlxalq elmi tәdbirlәrdә elmi mәruzәlәrlә iştirakının qismәn vә ya tam şәkildә maliyyәlәşdirilmәklә tәmin edilmәsi) və QMTK (Azәrbaycandan olan alim vә mütәxәssislәrin xaricdә qısa müddәtli tәcrübәkeçmә proqramlarında iştirakının qismәn vә ya tam şәkildә maliyyәlәşdirilmәklә tәmin edilmәsi) kimi xüsusi layihələr dəstəklənəcək. Bu müsabiqә çәrçivәsindә qrant maliyyәlәşdirilmәsinin cәmi hәcmi 100 000 manat nәzәrdә tutulub.

 

Adıçәkilәn xüsusi layihәlәr (XETİ vә QMTK) “Mobillik qrantı” adı altında birlәşdirilib vә tәqvim ilindә 3 dәfәyәdәk keçirilmәsi nәzәrdә tutulub. Cari müsabiqәyә yalnız 20 mart - 10 iyul 2013-cü il tarixlәri arasında xaricdә keçirilәn beynәlxalq elmi tәdbirlәrdә vә qısa müddәtli elmi tәcrübәkeçmә proqramlarında iştirak etmәk istәyәn şәxslәr әrizәlәrini tәqdim edә bilәrlәr. “Mobillik qrantı” müsabiqәsindә iştirak etmәk istәyәn iddiaçılar üçün elmi dәrәcә vә elmi ad, yaş vә s. kimi mәhdudiyyәtlәr qoyulmur.

 

2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqәsi üzrә məsləhət seminarları da keçiriləcək. Seminarların keçirilmәsindә  mәqsәd qrant iddiaçılarına müsabiqәyә  tәqdim olunacaq layihәlәrin tәrtibatı üzrә mәslәhәtlәrin verilmәsi, ortaya çıxan sualların cavablandırılmasıdır. Müsabiqәdә iştirak etmәk üçün sənədlər yanvarın 8-dən fevralın 8-i saat saat 17.00-dək qəbul olunacaq. 2013-cü il üçün 1-ci “Mobillik qrantı” müsabiqәnin nəticәlәri fevral ayında açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR