Bank Of Baku

Elmira Axundovanın “Qeydar Aliyev: Liçnost i epoxa” adlı kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

Elmira Axundovanın “Qeydar Aliyev: Liçnost i epoxa” adlı kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 aprel 2013 10:18 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bu gün Heydər Əliyev Mərkəzində yazıçı-publisist, Milli Məclisin üzvü Elmira Axundovanın “Qeydar Aliyev: Liçnost i epoxa” adlı kitabının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, kitabda H. Əliyevin dostlarının xatirələri, ailə üzvləri və yaxınları ilə söhbətlər, məşhur ictimai xadimlərlə müsahibələr, eləcə də Dövlət Təhlükəsizlik Komitəsinin arxivindən və prezidentin şəxsi arxivindən götürülmüş materiallar əksini tapıb.    

 

Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli bildirib ki, E. Axundovanın kitabı çox əhəmiyyətli tarixi mənbədir və müəllif H. Əliyev şəxsiyyətini tam aça bilib.   

 

Yazıçılar Birliyinin sədri Anar çıxışında deyib ki, E. Axundova H. Əliyevin qeyri-adi şəxsiyyətinə öz baxışını ifadə etdiyi və öz konsepsiyası əsasında hazırladığı zəngin material tərtib edə bilib: “Müəllif bu böyük insanın yaşayıb-yaratdığı dövrü və atmosferi dolğun təsvir etməyə nail olub”.  

 

Təqdimatda məşhur qazax yazıçısı Oljas Suleymenovun məktubu da oxunub. O, müəllifi və oxucuları təbrik edərək kitaba çox yüksək qiymət verib.

 

Müəllif E. Axundova bəyan edib ki, bu kitab onun həyatının ən vacib layihəsidir. O, kitabı 10 ilə hazırladığını söyləyib və bu iş üçün ailə arxivini təqdim etdiyinə görə prezident İlham Əliyevə təşəkkür edib.   

 

Rus dilində 6 cild və 7 kitabdan ibarət olan toplunun dövlət dilinə tərcüməsi də hazırlanır. Kitabın başqa dillərə də tərcüməsi nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR