Bank Of Baku

ETSN-in Milli Hidrometeorologiya Departamentinin aqrometeoroloji şərhi açıqlanıb

ETSN-in Milli Hidrometeorologiya Departamentinin aqrometeoroloji şərhi açıqlanıb
# 05 iyul 2013 11:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərhi açıqlayıb. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyul 5-dən 9-dək respublikanın rayonlarında hava şəraitinin ötən günlərə nisbətən daha sabit olacağı ehtimal edilir. Yalnız Böyük Qafqazın dağlıq rayonlarında gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli leysan yağışların yağacağı ehtimalı var. Bu rayonlarda payızlıq taxılın biçini üçün şərait çətin olaraq qalır. Digər rayonlarda isə iyulun 06-dan başlayaraq hava şəraitinin isti, bəzi mərkəzi aran rayonlarda çox isti və yağıntısız olacağı gözlənilir. Belə hava şəraiti tarlalarda və bağlarda aqrotexniki işlərin aparılması üçün əsasən əlverişli olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR