Bank Of Baku

FHN Masallı və Cəlilabad rayonunda meşə zolaqlarına, ot və taxıl sahələrinə baxış keçirib

FHN Masallı və Cəlilabad rayonunda meşə zolaqlarına, ot və taxıl sahələrinə baxış keçirib
# 05 iyul 2013 15:30 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları ilə birgə Masallı və Cəlilabad rayonu ərazilərində yerləşən ot və taxıl sahələrinə, eləcə də sahələrin kənarlarında yerləşən meşə zolaqlarına baxış keçirib.

 

APA-nın «Fövqəladə Hallar» qəzetinə istinadən verdiyi məlumata görə, vizual baxışlar Cəlilabad və Göytəpə şəhər ərazilərini, Cəlilabad rayonunun Albalan, Hamarqışlaq, Seyidbazar, Hasıllı, Hacıismayıllı, Alar, Qarazəncir, Şiləvəngə, Şabanlı, Təklə, Kazımabad, Privolnoye, Ağdaş, Masallı rayonunun Binə Xocavar, Ərkivan, Təzə Alvadı, Köhnə Alvadı, Şərəfə, Seybətin, Öncəqala, Bala Təklə, Həsənli, Xırmandalı, Sərçuvar, Musaküçə, Hüseynhacılı, Təzəkənd, Qızılağac və Şıxlar kəndi ərazilərini əhatə edib.

 

Həmçinin ot və taxıl yığımı dövründə yanğın və digər xoşagəlməz halların baş verməməsi məqsədilə FHN-in Cənub Regional Mərkəzi tərəfindən müvafiq rayonların yerli icra nümayəndələri, bələdiyyə sədrləri və polis sahə müvəkkilləri, sahibkarlar və fiziki şəxslər ilə tövsiyə xarakterli söhbətlər aparılıb. İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumatlar çatdırılıb. Yerli icra və özünüidarəetmə orqanlarının rəhbərlərinə, sahibkarlara rayon ərazisində yerləşən taxıl sahələrinin yaxınlığından keçən avtomobil və dəmir yollarının kənarlarına mühafizə şumunun çəkilməsi, biçilmiş taxıl və ot sahələrinin yandırılmasının qarşısının alınması, əhalinin və təsərrüfat rəhbərlərinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarının yanğından mühafizəsi ilə bağlı müvafiq təkliflər verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR