Bank Of Baku

Fizuli Ələkbərov Bilgəh Qocalar Evi və Ramana Gənc Əlillər Evində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

Fizuli Ələkbərov Bilgəh Qocalar Evi və Ramana Gənc Əlillər Evində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub
# 19 fevral 2013 16:45 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatına (Qocalar evi) gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma, habelə pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpusun tikintisi işləri ilə yaxından tanış olub.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, pansionatın sakinləri ilə görüşən nazir hər bir vətəndaşın, o cümlədən tənha ahıl və əlil şəxslərin firavan həyatının təminatının ölkə rəhbərinin siyasətində əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

 

F.Ələkbərov bildirib ki, “2011-2013-cü illər Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən əsaslı təmiri və yeni korpusunun tikintisi aparılan Bilgəh Müharibə və əmək əlilləri pansionatı (Qocalar evi) yenidənqurma işlərindən sonra 350 nəfərə xidmət göstərəcək. O cümlədən yeni 5 mərtəbəli korpusda 170 nəfər, hazırkı korpus isə əsaslı təmirdən sonra 180 nəfərə xidmət göstəriləcək. Şağan 3 saylı, Saray 7 saylı, Buzovna 9 saylı internat evlərində olduğu kimi, digər belə müəssisələr də müasir standartlara uyğun şəraitə malik olacaq.

 

Daha sonra nazir Ramana Gənc Əlillərin Əmək və İstirahət Evinə gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yerindəcə tanış olub və müvafiq tapşırıqlarını verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR