Bank Of Baku

Gələcəkdə Azərbaycanda sənəd qəbulu komissiyalarına ehtiyac olmayacaq

Gələcəkdə Azərbaycanda sənəd qəbulu komissiyalarına ehtiyac olmayacaq
# 04 aprel 2013 11:21 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, həmin abituriyentlər ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər, 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlərdir.

 

M. Abbaszadənin sözlərinə görə, bu məsələdə qızlar və oğlanlar arasında bərabərlik pozulub. O vurğulayıb ki, bu da oğlan abituriyentlərin hərbi xidmət məsələsi ilə əlaqədardır: “Əvvəlki illərin oğlan məzunlarının hərbi xidmətdən möhlət hüququ olmalıdır ki, onlar öz ərizələrini təsdiq etdirə bilsinlər. Lakin abituriyentlərin hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsini hələki həyata keçirə bilmirik. Bununla əlaqədar müvafiq qurumlarla əlaqə saxlanılıb. Onlar söz veriblər ki, bu məlumatlar elektron bazada hazır olacaq. Kim hərbi xidmətdən möhlət hüququ alacaqsa, bu barədə məlumat dərhal elektron bazaya daxil ediləcək. Bununla da ali məktəblərə sənəd verən və hərbi xidmətdən möhlət hüququ alan oğlan abituriyentlərin öz ərizələrini təsdiq etdirmələri üçün Sənəd Qəbulu komissiyalarına getməsinə ehtiyac qalmayacaq”.

 

TQDK sədri vurğulayıb ki, bütün bunları həyata keçirəndən sonra gələcəkdə Azərbaycanda sənəd qəbulu komissiyaları lazım olmayacaq. Bunun gələn ildən mümkün ola biləcəyini deyən M.Abbaszadə qeyd edib ki, bundan sonra Sənəd Qəbulu komissiyaları abituriyentlərin sənədlərinin təsdiqlənməsi üçün yox, yalnız vətəndaşlığı olmayan və xarici dövlətdən Azərbaycana gələn insanların sənədlərinin yoxlanılması üçün lazım olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR