Bank Of Baku

Gəncədə də gül bayramı keçiriləcək

Gəncədə də gül bayramı keçiriləcək
# 01 aprel 2013 11:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı gül bayramı keçiriləcək. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev şəhər ziyalıları ilə görüşdə bildirib. O qeyd edib ki, may ayının 10-da Heydər Əliyevin 90 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə hazırlanan tədbirlər planında həm sərgi, həm də gül bayramının keçirilməsi nəzərdə tutulur. İcra başçısı qeyd edib ki, gül bayramında şəhərin bütün idarə, müəssisə və təşkilatları iştirak edəcək və onlar hazırladıqları guşələri nümayiş edəcəklər. Bundan başqa, qeyd olunub ki, yubiley ərəfəsində ali və orta təhsil müəssislərində maarifləndirici görüşlər təşkil olunacaq. Gəncədə Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən 7 cildlik kitabın təqdimatı da nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR