Bank Of Baku

Gəncədə müasir texnologiyalara əsaslanan kadr hazırlığı aparılacaq

Gəncədə müasir texnologiyalara əsaslanan kadr hazırlığı aparılacaq
# 19 aprel 2013 12:00 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Yüksək texnologiyalara əsaslanan kadrların hazırlanması istiqamətində Azərbaycan Texnologiya Universiteti ilə müzakirələr aparılacaq.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Gəncəyə səfəri zamanı bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın qurulması istiqamətində kadr hazırlığına ehtiyac var. Nazir bu istiqamətdə bir neçə universitetlə iş aparıldığını bildirib: “Bizim əsas məqsədlərimizdən biri də Gəncədə yerli kadr potensialının hazırlanmasıdır. Bu istiqamətdə artıq proqram da var. Təhsil Nazirliyi də bu sahədə böyük işlər aparır. Gəncədə Azərbaycan Texnologiya Universiteti ilə də yeni əməkdaşlıq istiqamətlərini müzakirələr aparacağıq”.

 

Ə.Abbasov yüksək bacarıqlı mütəxəssislərin hazırlanması məqsədilə nazirlik tərəfindən onların texnoloji, praktiki baza və iqtisadiyyatla yaxından tanış olmaları üçün mühitin yaradılması istiqamətində köməklik göstərəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR