Bank Of Baku

Gəncədə müəllim çatışmazlığı var

Gəncədə müəllim çatışmazlığı var
# 14 iyun 2013 11:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərinin orta məktəblərində müəllim çatışmazlığı var. Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, ötən illə müqayisədə bu il dəqiq elmləri tədris edən müəllimlərə tələbat bir qədər də artıb: «Gəncədə 27 vakant müəllim yeri var. Ən çox fizika fənni üzrə müəllim çatışmazlığı var ki, bu da həm Azərbaycan, həm də rus bölməsi üzrədir. Şəhərdə həmçinin riyaziyyat və informatika müəllimlərinə ehtiyac var».

 

Zakir Hüseynov, müəllim çatışmazlığı ilə bağlı Təhsil Nazirliyinə müraciət edildiyini deyib.

 

Hazırda isə Gəncənin orta məktəblərində ümumilikdə 4 min 623 nəfər müəllim çalışır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR