Bank Of Baku

Gəncədə Novruz bayramı ilə bağlı tədbirlər keçirilir - FOTO

Gəncədə Novruz bayramı ilə bağlı tədbirlər keçirilir - <span style="color: red;">FOTO
# 19 mart 2013 12:16 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə Novruz şənliyi keçirilib. APA-nın qərb bürosunun xəbərinə görə, tədbir şəhərin yeni Gəncə qəsəbəsində “Novruz” meydanında qeyd edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bayram münasibəti ilə şəhər sakinlərini təbrik edib və bayram təbirlərinin bir neçə gün davam edəcəyini bildirib. Tədbirdə şəhərin rəqs qruplarının ifaları izlənilib və yerli incəsənət ustalarının musiqiləri dinlənilib. Gəncədə bayram tədbirləri sabah və martın 21-də də davam etdiriləcək.

 

Tədbirlərə tanınmış incəsənət ustalarının da qatılacağı gözlənilir.

 

Bu gün Gəncədə bayram münasibəti ilə satış yarmarkası da keçirilib. Şəhərin mərkəzi meydanında təşkil edilən yarmarkada 30-a yaxın istehsal müəssisəsi öz məhsullarını satışa çıxarıb. Yarmarkada qiymətlər bazar qiymətlərindən təxminən 20 faiz aşağı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR