Bank Of Baku

Gəncə Şəhər İcra Hakimiyyəti məktəb direktorunun işdən çıxarılmasına münasibət bildirib - YENİLƏNİB

Gəncə Şəhər İcra Hakimiyyəti məktəb direktorunun işdən çıxarılmasına münasibət bildirib - <span style="color: red;">YENİLƏNİB
# 18 aprel 2013 14:57 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. “Gəncə şəhərində 31 saylı orta məktəbin direktoru Əfqan Həsənovun işdən azad olunması şagirdlərin narazılığına səbəb olmayıb”.

 

Bunu APA-ya Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev deyib.

 

N. Həmzəyev bildirib ki, 31 saylı orta məktəbin müəllim və şagirdləri ilə görüşüb: “Belə bir hal baş verməyib. Nə şagirdlərin, nə müəllimlərin keçmiş direktorlarının öz ərizəsi ilə işdən kənarlaşdırılmasına etirazları var. Əksinə, onlar bunu çox normal qarşılayıblar. Əfqan Həsənov uzun müddət idi ki, orada direktor idi.

 

Üstəlik yolun bağlanması kimi etiraz ümumiyyətlə olmayıb, yayılan informasiya tam yanlışdır. Ola bilər ki, kimsə başqa məqsədlə belə bir informasiyanın yayılmasına cəhd göstərilib. Ola bilsin Əfqan müəllimin özünün belə informasiyanın yayılmasında marağı var, yaxud da başqa şəxslər tərəfindən belə xəbər yayılıb. Məktəb direktoru elə bir fenomen şəxs deyil ki, şagirdlər onun işdən çıxarılmasına görə etiraz eləsinlər. Bu, quraşdırılmış informasiyadır”.

 

N. Həmzəyev deyib ki, Ə. Həsənova işi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilib: ”Gəncədə təhsilin səviyyəsini qaldırmaq üçün geniş işlər görülür. Əfqan müəllimə də iki il idi ki, bu işlərin görülməsi üçün göstərişlər verilib. Yəqin ki, bu tapşırıqların öhdəsindən gələ bilmədiyi üçün özü öz ərizəsi ilə işdən çıxıb”.

 

 

 

***

 

Saat 15:49

 

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər 31 saylı orta məktəbin direktoru Əfqan Həsənovun vəzifəsindən azad edilməsi təhsil müəssisəsinin şagirdlərinin narazılığına səbəb olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, şagirdlər Ə. Həsənovun işdən çıxarılmasına etiraz olaraq dərsə girməkdən imtina ediblər. Gəncə şəhər Təhsil İdarəsinin müdaxiləsindən sonra dərslər bərpa olunub.

 

Təhsil İdarəsinin rəisi Zakir Hüseynov isə APA-ya Ə. Həsənovun vəzifədən öz ərizəsi ilə azad olunduğunu deyib.

 

Bu vəzifə müvəqqəti olaraq Təhsil İdarəsinin inspektoruna həvalə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR