Gəncə. Azər Məmmədli – APA. Mərkəzi Qan Bankının Gəncə bölməsində 14 iyun Beynəlxalq Qan Donoru, 15 iyun Milli Qurtuluş və 17 iyun Səhiyyə İşçilərinin Peşə Bayramı Günü ilə bağlı qanvermə aksiyası təşkil olunub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə aksiyada səhiyyə işçiləri fəallıq göstəriblər. Humanitar aksiyada 100-dən artıq tibb işçisi iştirak edib. Əldə olunan qan ehtiyatı qərb bölgəsində mövcud olan hemofiliyalı və talessemiyalı xəstələrin ehtiyacı üçün tədarük olunacaq.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının məlumatına görə, hazırda Qərb bölgəsi və onu əhatə edən 12 rayonda 130-dan çox hemofiliyalı xəstə var.