Bakı – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin gücləndirilməsində QHT-hökumət tərəfdaşlığı” mövzusunda regional konfrans keçiriləcək. Şuradan APA-ya verilən məlumata görə, konfransda Şura və Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərlikləri, hökumət rəsmiləri, yerli və ətraf 15 rayonun QHT təmsilçiləri, eləcə də beynəlxalq təşkilatlar və KİV nümayəndələri iştirak edəcək.
Tədbir iyunun 19-da Gəncə şəhər İcra Hakimiyyətinin akt zalında keçiriləcək.