Bank Of Baku

Gənclər Fondu sosial kampaniyaya başlayıb - FOTOSESSİYA

Gənclər Fondu sosial kampaniyaya başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 03 iyul 2013 10:26 (UTC +04:00)

Fonddan APA-ya verilən məlumata görə, bu məqsədlə son zamanlar cəmiyyətimizdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniya başlanıb. Bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkəmizin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutub.

 

Artıq aksiya Hacıqabul, Bərdə, Mingəçevir, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Gəncə və Tovuzda keçirilib. Aksiyalarda Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər nümayəndələr iştirak edirlər. Xüsusilə gənclərin fəallığı ilə keçirilən aksiyalar əhali tərəfindən rəğbətlə qarşılanır.

 

Qeyd edək ki, aksiyalar Göygöl və Xaçmazda davam edəcəkdir. Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanıb. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaq.*

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR