Bank Of Baku

Gənclər Fondunun dəstəyi ilə “Açıq rəf” layihəsi start götürür

Gənclər Fondunun dəstəyi ilə “Açıq rəf” layihəsi start götürür
# 13 iyun 2013 10:06 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Tələbələr Şəbəkəsi (Azerbaijan Student Network) və Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) Bakı nümayəndəliyi Azərbaycanda kitab təbliğini aparmaq, bilik mənbəyi olan kitabları qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədilə “Açıq rəf” layihəsini həyata keçirir. Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin diqqətini ədəbiyyata cəlb etmək, yeni nəsildə kitab oxumağa həvəsi artırmaq, eləcə də, ölkədə yaşayan xarici vətəndaşları Azərbaycan haqqında kitab vasitəsilə məlumatlandırmaqdır. Rəfin prinsipinə görə oxucular buradan əldə etdikləri kitabları ya geri qaytarmalı, ya da əvəzinə başqa kitab təhvil verməlidir.        

 

Rəfdən istifadə qaydalarına görə, kitab rəfindən hər zaman istifadə etmək mümkündür və oxucular istədikləri kitabı seçib oxuya bilərlər. Oxucu kitabı müəyyən müddətə götürüb oxuduqdan sonra geri qaytara bilər və ya rəfdən götürdüyü kitabı başqa bir kitabla dəyişə bilər. İlk “Açıq rəf” İçərişəhərdə (Arxeologiya bağı, Əzim Əzimzadənin heykəlinin yanı) yerləşdirilib. İyunun 14-də saat 10:00-da ilk “Açəq rəf”in açılış mərasimi keçiriləcək. Açılışda rəsmi qonaqların, müxtəlif gənclər təşkilatları rəhbərlərinin, fəalların, gənc yazarların və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR