Bank Of Baku

Gənclər Fondunun təşkilatçılığı ilə “Qan verməklə başqasına həyat verirsən” aksiyası başlayıb

Gənclər Fondunun təşkilatçılığı ilə “Qan verməklə başqasına həyat verirsən” aksiyası başlayıb
# 20 iyun 2013 07:57 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının təmin olunmasıdır. Bu məqsədlə  son zamanlar cəmiyyətdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniya başlanıb. Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini  regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu Azərbaycanın 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutub. İlk aksiya iyunun 20-də, saat 10:00-da Hacıqabulda Mərkəzi Xəstəxananın qarşısında başlayıb. Daha sonra aksiya Bərdə, Mingəçevir, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Tovuz, Gəncə, Göygöl, Xaçmazda davam etdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR