Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 16-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Şəki, İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ və Zaqatala sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri Heydər Əliyev prospekti 57, RİH-nin yaxınlığı) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayonların yerli gənclər və idman idarələri ilə əlaqə saxlamalıdır.