Bakı-APA. Səhiyyə Nazirliyi tərəfindən Göyçay rayonunda keçirilən səhiyyə aylığı uğurla başa çatıb.
Göyçay Mərkəzi Rayon Xəstəxanasının tədbirlər planına uyğun olaraq yerlərdə əhalini müayinə etmək üçün hər biri 7 həkimdən ibarət 8 səyyar briqada yaradılıb. Bir ay ərzində təcrübəli həkimlər rayon mərkəzindən aralıda yerləşən 31 kənddə 3500 nəfəri müayinə edib. Aşkar edilən xəstəliklərlə əlaqədar olaraq sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunub. Həkim briqadaları evlərdə xəstə yatan 739 nəfərə baş çəkib, yardım göstəriblər.
Səhiyyə aylığı çərçivəsində rayonun tibb məntəqələrinə müraciət etmiş 23 min 167 nəfər müayinə olunub. Onlardan 4955 nəfəri ambulator, 193 nəfəri stasionar müalicəyə cəlb edilib.