Bank Of Baku

Güclü külək və leysan Gəncədə ciddi fəsadlar yaradıb

Güclü külək və leysan Gəncədə ciddi fəsadlar yaradıb
# 04 iyun 2013 07:49 (UTC +04:00)

Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin rəisi İxtiyar İsgəndərovun APA-ya verdiyi məlumata görə, güclü külək dünən şəhərin müxtəlif yerlərində 30-a yaxın ağacı kökündən çıxararaq avtomobil yollarına aşırıb. Dünən gecə saatlarına kimi ağaclar yoldan kənarlaşdırılıb, avtomobillərin hərəkəti bərpa edilib.

 

“Gəncə Regional Enerji Təchizatı” MMC-nin sədri Eldar Eldarov APA-ya açıqlamasında bildirib ki, dünənki əlverişsiz hava şəraiti Gəncənin və ətraf rayonların enerji təchizatında ciddi problemlər yaradıb. Müsahibin sözlərinə görə, güclü küləyin şəhərdə aşırdığı ağaclar elektrik xətlərini qırıb. Məlumata görə, dünən şəhərin yarısından çoxu enerjisiz qalıb. Hazırda elektrik xətlərinin bərpa edildiyini qeyd edən E. Eldarov yaxın saatlarda şəhərin tam elektrik enerjisi ilə təchiz ediləcəyini bildirib. Onun sözlərinə görə, Gəncədən başqa Şəmkir və Samux rayonlarında da enerji təchizatı bərbad vəziyyətə düşüb və bir neçə təmir briqadası hazırda hadisə yerində işləyir.

 

Gəncə şəhərinin Yeni Gəncə yaşayış massivində, Şah İsmayıl Xətai prospektində, Bayraq Meydanı ərazisində, Nizami məqbərəsində   işıqlandırma dirəkləri aşıb. Gəncə şəhər İşıqlandırma İdarəsinin rəisi Məqsəd Əliyevin bildirdiyinə görə, hazırda 4 təmir briqadası şəhərdə çalışır.

 

Gəncə şəhər Qaz İstismarı Sahəsinin baş mühəndisi Şubay Nəsibovun bildirdiyinə görə, dünən külək nəticəsində yıxılan ağaclar qaz xətlərini də sıradan çıxarıb. Təxminən 100-ə yaxın abonent təbii qazsız qalıb.

 

Qeyd edək ki, dünən saat 17 radələrində Gəncə şəhərinə dolu yağıb. Sonra isə şəhərdə güclü külək və leysan müşahidə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR