Bank Of Baku

Gülər Əhmədova: “Ürək ağrılarından əziyyət çəkirəm, beyindaxili qan dövranında da problemlər var”

Gülər Əhmədova: “Ürək ağrılarından əziyyət çəkirəm, beyindaxili qan dövranında da problemlər var”
# 07 yanvar 2013 11:56 (UTC +04:00)

 Bu barədə APA-ya açıqlama verən G. Əhmədova bildirib ki, hazırda evdə müayinə altındadır: “Ürək ağrılarından əziyyət çəkirəm. Eyni zamanda beyindaxili qan dövranında da problemlər var”.

 

G. Əhmədova istintaqın gedişatı ilə bağlı hələlik hər-hansı bir yeniliyin olmadığını bildirib: “İstintaq gedir və hələlik heç bir yenilik yoxdur”.

 

G. Əhmədova bir müddət əvvəl dünyasını dəyişən Sevinc Babayevanın oğlunun onun barəsində səsləndirdiyi ittihamlara da cavab verib: “Mən onunla polemikaya girmək istəmirəm. Çünki nə mənim səviyyəm, nədə ki mənim yaşım buna yol vermir. Onunla vəkilim məşğul olur”.

 

G. Əhmədova vəkil tutduğunu bildirsə də, onun adını açıqlamayıb: “Vəkilimin mətbuatda adının hallanmasını istəmirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR